Ru
16:53 / 23 May 2025

Tramp geri addım atdı

Tramp geri addım atdı
Eye

Dəfələrlə Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində bitirəcəyinə söz verən ABŞ Prezidenti Donald Tramp indi bu vədindən geri çəkilir. Vaşinqton Post onun son çıxışlarını və ritorikasındakı dəyişiklikləri təhlil edərək bu nəticəyə gəlib.

Bakupost.az xəbər verir ki, nəşrin hesabatına görə, mart ayında Donald Tramp bu sözləri bir qədər sarkazmla dediyini etiraf edib. Bununla belə, məqalədə bildirilir ki, bu ifadələr mitinqdən-mitinqə təkrarlandığı üçün ciddi bir vəd kimi səslənib.

Tramp, kampaniya dövründə həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Rusiya lideri Vladimir Putin ilə münasibətlərinə istinad edərək bu münaqişəni tez bir zamanda həll edə biləcəyini iddia etmişdi. Lakin prezident olduqdan sonra verdiyi bəyanatlarda nadir hallarda Rusiya əleyhinə fikirlər səsləndirib, əvəzində daha çox Ukraynaya təzyiq göstərib. O, Rusiyanın ABŞ ilə müharibədən sonra ticarət əlaqələrini genişləndirmək istədiyini iddia edib.

Elmina Qasımova,  BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar