Ru
19:23 / 06 Dekabr 2022

Türkiyədə 7, Azərbaycanda 75 manata satılır - Dərmanla baş kəsənlərə müdaxilə ediləcəkmi? - FOTO

3596
"Bu, süni şəkildə şişirdilən qiymətlərdir, ya yaranmış vəziyyətdən sui-istifadədir, ya da hansısa bir monopoliyadır”.


Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla Türkiyədə iki qutusu 150 lirəyə (15 manat 69 qəpik) satılan, Azərbaycan apteklərində isə bir qutusu 75 manat 66 qəpik olan "Qalvus met” dərmanının satış qiymətinə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, Tarif Şurası və müəyyən aidiyyatı qurumlar yaranmış bu problemə müdaxilə etməlidir:


"Azərbaycan idxaldan asılıdır. Azərbaycanda dərmanların qiyməti Türkiyədəki qiymətlə eyni ola bilməz, 5-6 dəfə deyil, müəyyən bir fərq olmalıdır. Çünki bunun daşınma və gömrük xərci var. O baxımdan şikayətlər haqlıdır. Çünki vətəndaşların şikayətləri təkcə dərmanların qiymətindən deyil, həm də keyfiyyətinə bağlıdır. Hesab edirəm ki, vətəndaşlar bu şikayətində tam haqlıdırlar”.


Adil Qeybulla deyir ki, elə dərmanlar var, vətəndaşların onu almağa imkanları çatmır:


"Halbuki onun sağlamlığı həmin dərmanların qəbulundan keçir”.


Qeyd edək ki, jurnalist Mahir Məmmədli Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan "Qalvus Met" dərmanının iki qutusunun Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) satıldığını bildirib: "Bakıda bir qutuya verəcəyimiz pulla təxminən 5 qutu dərman almaq mümkündür. Eyni dərmanın bir qutusunu Tiflisdən 11 manata almışdım”.
Türkiyədə 7, Azərbaycanda 75 manata satılır - Dərmanla baş kəsənlərə müdaxilə ediləcəkmi? - FOTO
Şərhlər
  • t.ədalət

    Burda dövləti qınamağa ehtiyac yoxdur.Belə cəllad təbiətli adamlar əxlaqlarını valideynlərindən öyrənirlər.Görünür,dərmanla insanları sınağa çəkənlərin milli cəhətdən də qarışığı var.Çünki öz xalqına qarşı bu qədər qəddar olmaq hər adama aid olmayan məsələdir.Amma sonda dərman quldurlarının cəzası Allah tərəfindən veriləcək!

  • Eli Eliyev

    Dogrudur Tarif shurasi edib.O dermani orjinal kimi ruhsatlayib SN.Dermanin patent suresi dunyada bitib Amma Azerbaycanda hele davam edir.Generik olanini ruhsata goturmur SN.Muraciet de etmishik.Deyir patenti var.Bu 1 ci sebeb. 2 ci sebeb Turkiyede de baha satilir sadece devalvasiyadan sonra oldu.Yene 35% zam gelecek.Turkiyede de dermanlar yoxa chixir.Ureticiye serf elemir. 3-cu Dunyada chox olkelerde EDV yoxdur dermana Az.da var 4-cu Xammade ve logistika,enerji dashiyicilari qalxin dunyada. 5-ci Tari Shurasinin xeyrinden chox ziyani var.Bir dusturlari var tamam tersine hesablayir.Bezen ucuz satmaq istediyin mala 2 defe baha qiymet verir,Bezen de Serf elemir ele fiyat verir ki, aldigina beraberdir. 6-ci Fiyat endikce kalite de enir.Bir defe alirlar demani neden kalitesiz mal alsinlar,qoy bir az baha olsun amma keyfiyetli olsun. 7-Ayri sechkilik var eyni terkibli mal Alman aptekinde 2-3 defe digerlerinden bahadir. Gorulesi chox ish var.Indeiyedek ne gorulubse hech bir xeyri olmayib ne sahibkara ne de xalqa.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər