Türkiyədə qeyri-adi həyat tərzi ilə diqqət çəkən yaşlı qadın maraq doğurub.
"Bakupost" xəbər verir ki, o, gündə bir kiloqram şəkər yeyir, lakin indiyədək heç bir xəstəlikdən əziyyət çəkmədiyini iddia edir.
Məlumata görə, nənə ömrü boyu bir dəfə də olsun xəstəxanaya yerləşdirilməyib. Evinə gələn qonaqları şirniyyatla qarşılayır, küçədə uşaqlara konfet paylayır. Hətta uşaqlarla futbol da oynayır.
Onun digər maraqlı xüsusiyyəti isə eynəksiz, çox kiçik şriftlə yazılmış mətnləri belə oxuya bilməsidir. Yaşlı qadın çayını da özü dəmləyir və qonaqlarına özü təqdim edir.
Bildirilib ki, o, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə də görüşüb.
Dilay, BakuPost