Ru
11:47 / 02 İyun 2025

Ukraynada müharibənin bitməsi ABŞ-a sərf etmir - Zərdüşt Əlizadə

Ukraynada müharibənin bitməsi ABŞ-a sərf etmir -  Zərdüşt Əlizadə
Eye

“Rusiya və Ukrayna indi bir-birinə daha çox hücum etməyə çalışır. Çünki hazırda danışıqlar davam edir. Danışıqlarda hərbi vəziyyəti üstün olan tərəfin siyasi mövqeyi də üstündür. Ukraynanın imkanları daha məhduddur, lakin son zamanlar müasir silah növlərindən istifadə edirlər.”

Bunu politoloq Zərdüşt Əlizadə Bakupost.az -a açıqlamasında ötən gün Ukrayna aviabazalarına hücumunu şərh edərkən deyib.
O bildirib ki, Amerika Rusiyanı rəqib, Ukraynanı isə potensial rəqib kimi görür:

“Bu səbəbdən müharibənin bitməsi Amerikaya sərf etmir. ABŞ prezidentinin dediklərinin hamısına əhəmiyyət vermək lazım deyil. Çox məntiqsiz danışan bir adamdır. Amerika bu müharibəyə çox soyuqqanlı yanaşır. Çünki tərəflər bir-birini nə qədər zəiflətsələr, Amerikadan bir o qədər asılı olacaqlar.”

Zərdüşt Əlizadə İstanbul görüşlərindən hər hansı bir nəticə gözləmədiyini də vurğulayıb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar