Ru
11:23 / 04 May 2024

ÜST-dən Rəfah xəbərdarlığı: Şəhər qan gölünə dönə bilər

1176
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum planlaşdırmasına toxunub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, şəhərdə genişmiqyaslı hərbi əməliyyatın keçirilməsindən dərin narahat olduğunu bildirib. Onun sözlərinə görə, Rəfahın qan gölünə çevrilməsi onsuz da çökmüş olan səhiyyə sistemini daha da zəiflədəcək.

Tedros Qebreyesus təxminən 1,2 milyon fələstinlinin sığındığı Rəfahda hər hansı quru əməliyyatının böyük fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) sözçüsü Yens Laerke isə bu gün səhər verdiyi bəyanatda Rəfahda həyata keçiriləcək hərbi əməliyyatın qırğına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Vasif
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər