Bəzi insanlar çillərini sevsə də, bəziləri bu ləkələrdən xilas olmaq istəyir.
Günəşə məruz qalma və genetik meyl kimi səbəblərdən yaranan çillər artıq keçmişdə qalacaq.
Bakupost.az xəbər verir ki, limon suyu tərkibindəki C vitamini və təbii turşular sayəsində dəri tonunu tarazlaşdırır və çil ləkələrini azaldır.
Vitamin C antioksidan xüsusiyyətlərə malikdir, beləliklə dərini qoruyur və ləkələrin yaranmasının qarşısını alır.
Bu təbii möcüzə həm də dəri hüceyrələrini yeniləyir, çilləri daha az görünən edir.
Necə tətbiq olunur?
Limon suyu ilə hazırlanan bu tətbiq o qədər sadədir ki, evdə asanlıqla edə bilərsiniz.
Əvvəlcə dərinizi yaxşıca təmizləyin.
Bir limonun suyunu sıxıb pambıqla çil ləkələrinə çəkin. Dəriniz həssasdırsa, onu su əlavə edə bilərsiniz.
Daha sonra çil olan nahiyələrə yumşaq bir şəkildə limon suyu çəkin və 10-15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun və nəmləndirici krem çəkərək prosesi tamamlayın.
Daimi istifadə ilə fərqi görəcəksiniz.
Aygün
BakuPost