Ru
23:14 / 16 Yanvar 2023

"WhatsApp"da yeniliklər - İstifadəçilərə təqdim olundu

8202
“WhatsApp” istifadəçilərinin işini asanlaşdırmaq üçün hər gün bir çox yeniliklər gətirir. Nəhayət, “WhatsApp” öz bloq səhifəsində yeni yeniləmələrini paylaşıb.

Bakupost.az xəbər verir ki, ilk yeniləmə qrup zənglərinə aiddir. İndi “WhatsApp”da eyni anda 32 nəfərlə video söhbət edə bilərsiniz.



İkinci yenilik, video zəngdə kamera söndürüldükdə, kimin danışdığını müəyyən etmək üçün ekranda rəngli dalğa formaları görünəcək. İştirakçılardan biri mavi dalğa olduğu halda, başqa bir şəxs danışdıqda narıncı dalğa yayılacaq.



Digər yenilik isə iOS istifadəçiləri üçün nəzərdə tutulub. Hələ sınaq mərhələsində olan və gələn il təqdim olunacaq yenilənmə ilə kiçildilmiş zəng zamanı video ekranı sayəsində istifadəçilər danışıq zamanı başqa işləri də görə biləcəklər.

Ləman Hüseynzadə,
Bakupost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər