Ermənistan Prezidenti Vaaqn Xaçatryan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Karen Qriqoryanı vəzifəsindən azad edib.
"Bakupost" xəbər verir ki, müvafiq fərman dövlət başçısının rəsmi saytında yayımlanıb.
Qeyd edilir ki, Qriqoryan bu vəzifəni 14 fevral 2024-cü ildən tuturdu.