Ru
16:44 / 21 May 2025

"Yardımlı meşələrində qulyabanilər gördüm" - Şaman Tərlan Manafov

"Yardımlı meşələrində qulyabanilər gördüm" - Şaman Tərlan Manafov
Eye

"Yardımlı meşələrində qulyabaniləri, yəni qar adamları görmüşəm."


Bakupost.az xəbər verir ki, bunu “Teleqraf”a müsahibəsində şaman Tərlan Manafov deyib. Onun sözlərinə görə, qulyabaniləri hal (o biri dünyalarla əlaqədə olmaq) vəziyyətində görüb.

“Talışlar ona “mirdazvo” deyirlər. Bozumtul rəngli, tüklü məxluqlardır. Onlar boyu iki metrdən çox olan, tüklü, bir növ qorillaya oxşayan varlıqlardır. Bu qulyabanilərə Astara və Lerikdə də rast gəlinir. Bu uydurma deyil, gerçəkdir. Çünki Yardımlı dağlarında görününən fenomenin eynisini Sibirdə də görənlər olub. Bir-birindən xəbərsiz müxtəlif şəxslər eyni şeyləri görürsə deməli, bu uydurma deyil.”

Tərlan Manafov bildirib ki, Qobustanın sirrləri yayıldıqca dünyanın hər yerindən şamanlar gəlməyə başlayıb.

“Qayaüstü rəsmlərin unikallığı odur ki, 20 min il əvvəl necə çəkilibsə olduğu kimi qalıb. Bunlar hamısı informasiya kodlarıdır. Şamanizm metodikası ilə rəsmlərə yaxınlaşanda bütün bu informasiyalar açılır. Qobustan kosmosdan gələn informasiyaların yer kürəsindəki qəbuledicilərindən biridir. Buna görə də, ilk insan, mədəniyyət, elm, rəqs, musiqi məhz Qobustanda yaranıb. Kosmosdan gələn o informasiyaları isə qamlar, maqlar, şamanlar oxuya bilir,” – deyə şaman əlavə edib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar