Ru
22:14 / 22 Dekabr 2022

"Yolka" ilk dəfə harda bəzədilib?

46577

Yeni ili yaşıl donlu, bər-bəzəkli küknarsız təsəvvür etmək qeyri-mümkündür. Yeni il bayramında küknar bəzəməyin mənası nədir? Bu da dünya xalqlarında müxtəlif mənalardadır. Amma ümumi olaraq bir izahı mövcuddur.


Bakupost.az xəbər verir ki, bunu öyrənmək üçün keçmişə bir qədər səyahət etmək lazımdır. Bir çoxları küknar bəzəmək ənənəsini xristian dini ilə əlaqələndirirlər. Əslində isə, həyat rəmzi olan küknarın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi.

Sual edə bilərsiniz ki, bəs ilk dəfə hansı xalq Yeni il küknarından istifadə edib? Yeni il şənliklərində bəzədilən şam ağaclarını şotlandiyalılar dəbə mindirib. Yarpağı tökülməyən, həmişə yaşıl olan bu ağac cavanlıq rəmzi sayıldığı üçün şotlandiyalılar şeytanı qaçırmaq üçün onlardan yararlanıblar və sonradan bu ağac yeni ilin bəzəyinə çevrilib. Beləcə küknar bütün dünyada məşhurlaşıb.

Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə "yolka" fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər