Ru
15:39 / 27 Noyabr 2026

"Zaxarovaya öz hesabıma diplomatiya kitabları göndərməyə hazıram" – Elçin Alıoğlu

"Zaxarovaya öz hesabıma diplomatiya kitabları göndərməyə hazıram" – Elçin Alıoğlu
Eye

“TRIPP layihəsi Cənubi Qafqazda yeni ayırıcı xəttə çevrilməməlidir”.

"Bakupost" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova layihə ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva “Tramp marşrutu”nun yalnız Rusiyanın və İranın maraqları nəzərə alınmaqla həyata keçirilməsinin mümkün olduğunu düşünür:

“Əks halda, layihəni qaçılmaz uğursuzluq gözləyir”.

Zaxarova Ermənistan-Amerika təşəbbüsünün detalları ilə bağlı da hələlik aydınlığın olmadığını vurğulayıb. Belə ki, tikintinin müddəti və parametrləri, eləcə də infrastrukturdan və logistika imkanlarından istifadə şərtləri məlum deyil.
Rusiya və İranın marağı nəzərə alınmadan TRİPP layihəsini nə gözləyir?

Siyasi şərhçi Elçin Alıoğlu “Bakupost”a bildirib ki, əslində Zaxarovanın dedikləri Kremlin Cənubi Qafqazla bağlı uğursuz siyasətinin səbəbkarı olan 4-cü Şöbənin açıqlamasıdır:

“Prezident Adminstrasiyasının 4-cü Şöbəsi məhz Cənubi Qafqazla məşğuldur. Yumşaq güc və Azərbaycanda Rusiyanın dayaq düşərgəsini yaratmaq üçün kağız üzərində 100 milyon, Ermənistana isə 220 milyon dollardan artıq vəsait sərf edilib. Amma nəticə yoxdur”.

Müsahibimiz Mariya Zaxarovaya məsləhət gördü ki, başqa ölkələrin daxili işlərini Rusiya prizmasından həll etmək kimi öhdəliyi olmadığını birdəfəlik başa düşsün:

“Azərbaycan hansısa bir qərarı qəbul edəndə, başqa ölkələrlə əməkdaşlıq və tərəfdaşlıqla bağlı saziş imzalayanda Rusiyanın mövqeyi və qərarlarını təsbit edəcək halda nəzarə almaq məcburiyyətində deyil. Çünki Azərbaycan Rusiyanın federasiya subyekti deyil”.

Ekspertin sözlərinə görə, Zaxarovanın açıqlaması əfsus ki, diplomatiya lüğətindən çıxaraq, küçə jarqonu hədəsinə bənzəyir:
“Diplomatiya ilə məşğul olan şəxs bu cür arqumentasiya bazasından istifadə etməz. “Biz orda yoxuqsa, bu alınmayacaq” bəyanatı açıq hədə və təhdiddir. Azərbaycan, Ermənistan, ABŞ bir daha əmin oldu ki, Rusiya Cənubi Qafqazda yalnız və yalnız destruktiv, dağıdıcı və aqressiv planları həyata keçirmək niyyətindədir. Bu heç də Rusiyanın xeyrinə deyil. Bu Ermənistanın da xeyrinə deyil. Azərbaycanın da nəfinə deyil.

Rusiyanın problemləri həddən ziyadədir. Neoimperalist düşüncə, feodal təfəkkürü, qonşulara təhkimçi kimi yanaşmaq nəinki XXI əsrin diplomatiya lüğətində deyil, bu ümumiyyətlə, insanlararası münasibətlərə belə sığmır.
Mariya Zaxarovanın təhsil və yaxud mütaliə ilə əlaqədar problemi varsa, şəxs olaraq ona diplomatiya lüğəti və kommunikasiyalarla bağlı bir neçə kitabı öz hesabıma rus dilinə tərcümə edib, göndərməyə hazıram”.
Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar