"Kiyev üçün “B planı” seçkilərdən sonra ABŞ siyasətində dəyişikliklərə ümiddir".
Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O vurğulayıb ki, ABŞ Ukraynaya yardımın əsas donoru olaraq qalır və seçkilər nəticəsində onun siyasi xətti dəyişərsə, bu, alternativ plan kimi nəzərdən keçiriləcək. Zelenski əlavə edib ki, Amerika siyasəti həm müharibənin gedişinə, həm də onun başa çatması perspektivlərinə əhəmiyyətli dərəcədə təsir edəcək.
Lakin o, hansı dəyişiklikləri gözlədiyini və hadisələrin hansı nəticəsinə üstünlük verdiyini açıqlamayıb.
Zaur, BakuPost