Ru
23:59 / 02 Dekabr 2025

Azərbaycan bu komitəyə üzv seçildi

Azərbaycan bu komitəyə üzv seçildi
Eye

1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESKO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclas çərçivəsində Azərbaycan UNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.

4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.

Qeyd edək ki, sözügedən Komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb.

Azərbaycanın Komitəyə üzv seçilməsi, ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.

Azərbaycan daha əvvəl 2021-2025-ci illərdə Komitənin üzvü olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar