Ru
23:41 / 08 Oktyabr 2019

Azərbaycan millisinin futbolçusu Fransaya buraxılmadı

Azərbaycan millisinin futbolçusu Fransaya buraxılmadı
Eye

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.


BakuPost xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.


AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar