Ru
10:31 / 19 Mart 2026

Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar - Vəziyyəti ağırdır

Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar - Vəziyyəti ağırdır
Eye

Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A.-nı döyüblər.

Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək, təcili tibbi yardım çağırıblar.

Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar