Adətən işlədiyi yerdən asılı olmayaraq hər bir işçidə "işdən çıxarılma" narahatlığı olur. Lakin müəyyən kateqoriyaya aid işçilər var ki, onların müqaviləsinə işəgötürən tərəfindən birtərəfli qaydada xitam verilə bilməz.
Bakupost.az xəbər verir ki, Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallarla bağlıdır.
Kimlərin müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilməz?
Əmək Məcəlləsində qeyd olunur ki, işəgötürən tərəfindən müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar aşağıdakılardır:
- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
- yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
- işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
- həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
- öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin;
- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.
Müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə yol verilmir.
Allah miletnize Rehini gelsin 14 MƏSSUMA XATIR
15 ildi Bakı Metropolitenində işləyirəm 1 tip insulindən asılı, labil, ağır forma şəkərli deabet xəstəsiyəm...2025 ci ildə rəhbərlik dəyişdi Vüsal Aslanov gəldi, əmək məcəlləsinə, Prezidentimizin qoyduğu qanunlara məhəl qoymada məni ağır xəstə olduğum üçün işdən çıxarıb öz adamını qoyub, iki azyaşlı körpənin anasıyam, dəfələrlə müraciət etdim ki, mən ağır forma, labil, 1 tip şəkərli diabet xəstəsiyəm məni işdən çıxartmaq qadağandır. Vüsal Aslanov nə Prezidentin qanunlarına, nədə Əmək Məcəlləsinə məhəl qoymadı dedi Metropolitendə qanunları mən verirəm məni işdən azad elədi, məndə vermişəm Məhkəməyə
Bu qanunlar ozlerne serfelyen qanunlardir əlili herliyenvar guya əlilin adi elebele senedde ve dilde əlildir qanunda yox
Boş boş qanunlardı verirsiniz. Azərbaycanda qanun yalnız kağız üzərindədi. Mən özüm İsmayıllı rayon sakiniyəm. 1-ci qrup Əliləm. Əlil arabasındayam. İşimdə Oturaq iş idi. Uzun müddət olardı ki İsmayıllı rayonunda Heydər Əliyev adına Mədəniyyət mərkəzində Niyal ansamblında sintezator ifacisi idim. 2025.ci ilin Yanvar ayıda mənə heç bir rəsmi xəbərdarlıq etmədən məni işdən azad etdilər. Dağlıq Şirvan Regional Mədəniyyət idaresinin rəisi Vasif Qurbanzadə. Hal hazırda Mədəniyyət Nazirliyində işləyir. Dəfələrlə dedim ki Ölkə başçısı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə qanun layihəsi qəbul olunub ki Əlilliyi olan vətəndaşları işlə təmin edin. Onları işdən azad etməyin. Başdadi ölkə başçısının arxasınca lazımsız ifadələr işlətməyə. Hətta dedi ki burda qanunu mən verirəm. Sənin o ağız dolusu dediyin Prezidentin yox.
Əməkqabliyyətsiz əliləm Xahiş edirəm Əməkqabliyyətsiz sözünü bizdən qötürün yaşamaq olmur!
Əmək hüquqları hal hazirda formal xarakter dasiyir lakin icra edilmir və vətəndaşların bir çoxunun bundan xəbri belə yoxdu.
Bizlər, Ana türk və doğma azərbaycan dilimizi nə zaman daha geniş açıq-aydın sözlərlə ifadə edəcəyik? Başlığın diqtəsi kimi *işdən çıxarıla bilməz!* doqmatik bir fraza yalnız qeyri-müəyyənlik və qarşıdurma fərz-vəd edir. Hansı dövlətin digərinin sərhəddini aşıb-hərbi təcavüz cinayətinə hansısa cüzi belə hüququ var. Bütün Yer sakinlərinə ciddi Hərbi-düşərgə forumu yapmağa çalışan Efreytor (SSçi) Adolf (Hitleri) öz ətrafı ilə azı on il davam etdirdikləri ciayətin (1952ci ilə qədər və sonra belə) cəzalarını tam tərkibdə aldılar! Digər ehtimal daha yüksəkdir. *İşə götürən* *işçi*ni yüksəldə, *təminat zəmanətinə*, *ustalığa* cəlb edə bilər? Daim tərs münasibətli təqdim etmək heç də diqqətə layiq görünmür? Hazırda Ölkəmizdə günlərlə, aylarla, ya illərlə maaşları ödənməmiş neçə NƏFƏR işçinin İş yerinə, Dövlət Müfəttişliyində, Həmkarlarda, Məhkəmələrdə, Prokurorluqda iddia-ərizələri var? Onlar Əmək Hüquqlu Azərbaycan vətəndaşları deyillərmi? El birliyi haradadır ki, onlara yazılıb-təsdiq edilmiş muzdlu əmək-haqqı (çörək pulu) gecikdirilir?