Ru
17:53 / 07 Oktyabr 2026

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Eye

Azərbaycanda 2025-ci il ərzində 5751 estetik əməliyyat həyata keçirilib.

Bu barədə "Bakupost"a Dövlət Statistika Komitəsinə göndərdiyi sorğuya cavab olaraq bildirilib.

Statistikaya əsasən, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub.

Digər estetik əməliyyatlar isə belə sıralanıb:

Üz nahiyəsinin cavanlaşdırılması – 879 əməliyyat
Göz qapağı əməliyyatları (blefaroplastika) – 561 əməliyyat
Süd vəzisi əməliyyatları – 514 əməliyyat

Rəqəmlər Azərbaycanda estetik və plastik cərrahiyyə xidmətlərinə tələbatın yüksək olaraq qaldığını göstərir.

Xüsusilə üz nahiyəsinin cavanlaşdırılması, göz qapaqları və süd vəzisi üzrə aparılan əməliyyatların sayının çox olması estetik müdaxilələrə marağın müxtəlif istiqamətlərdə davam etdiyini göstərir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar