Ru
18:29 / 13 Dekabr 2025

Azərbaycanda məşğul əhalinin sayı nə qədərdir?

Azərbaycanda məşğul əhalinin sayı nə qədərdir?
Eye

2025-ci il dekabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfər olub. Onlardan 5 milyon 104.5 min nəfəri məşğul əhalini təşkil edib.

Bakupost.az rəsmi statistikaya istinadən xəbər verir ki, cari ilin noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782.4 min nəfər olub. Bu göstəricinin 865.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916.7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışanların payına düşüb.

Muzdla işləyənlərin 31 min nəfəri neft-qaz sektorunda, 1 milyon 751.4 min nəfəri isə qeyri-neft-qaz sektorunda fəaliyyət göstərib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.1 faizi məhsul istehsalı sahələrində məşğul olub. Onların 7.9 faizi emal sənayesində, 6.7 faizi tikintidə, 2.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1.8 faizi mədənçıxarma sənayesində, 1.6 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışıb.

Xidmət sahəsində məşğul olanların 18.8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.1 faizi təhsil, 8.6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrində çalışıb. Eyni zamanda, xidmət sahəsində işləyənlərin 4.5 faizi nəqliyyat və anbar təsərrüfatında, 4 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3.8 faizi inzibati və yardımçı xidmətlərdə, 3.6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 2.9 faizi istirahət, əyləncə və incəsənət sahəsində işləyib.

Bundan əlavə, muzdla çalışanların 2.3 faizi maliyyə və sığorta, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi digər xidmət sahələrində, 1 faizi isə daşınmaz əmlakla əlaqədar əməliyyatlarda fəaliyyət göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar