Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, səfir ötən gün Batumidə “Beşiktaş” – “Hapoel Beer Şeva” matçındakı yaşanan insidentlə əlaqədar XİN-ə çağırılıb. Səfirə UEFA Avropa Liqası matçında baş verən insidentlə bağlı nota təqdim olunub.
Bundan əlavə, Türkiyə vətəndaşlarına qarşı güc tətbiqi və müdaxiləyə görə məsuliyyət daşıyanlara qarşı hüquqi tədbirlərin görülməsi tələb olunub.