Ru
17:03 / 27 Noyabr 2026

Dünya bazarında dolların gücü artır: Avro sabit qaldı

Dünya bazarında dolların gücü artır: Avro sabit qaldı
Eye

ABŞ dolları Federal Ehtiyat Sisteminin (FES) dekabrda faiz dərəcələrini artıracağına dair gözləntilər və səhm bazarlarında satışların güclənməsi fonunda mövqelərini möhkəmləndirir. Dolların ardıcıl üçüncü ayı da artımla başa vuracağı gözlənilir.

“Bakupost” xəbər verir ki, dollar indeksi cümə günü 1,8% artaraq 103,8 bəndə çatıb. Fyuçers bazarında FES-in dekabrda faiz dərəcəsini 0,25 faiz bəndi artırması ehtimalı 99% olaraq qiymətləndirilir. Faizin 0,5 faiz bəndi artırılması ilə bağlı gözləntilər isə zəifləyib.

Avropa Mərkəzi Bankının (AMB) yeni rəhbərinin İspaniya Mərkəzi Bankının keçmiş prezidenti Pablo Hernandez de Cos olacağı barədə xəbərlərdən sonra avro 1,0964 dollar səviyyəsində sabit qalıb. Bu təyinatın AMB-nın pul siyasətində davamlılığın qorunacağına işarə etdiyi bildirilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar