Ru
16:45 / 27 Noyabr 2026

Hörmüz boğazında mina təhlükəsi və Yaxın Şərq müharibəsi: Qlobal neft tədarükünü nə gözləyir?

Hörmüz boğazında mina təhlükəsi və Yaxın Şərq müharibəsi: Qlobal neft tədarükünü nə gözləyir?
Eye

“OPEC+” ölkələri 2027-ci il üçün mövcud neft hasilatı kvotasını saxlamağı nəzərdən keçirir.

“Bakupost” xəbər verir ki, alyans bazar günü onlayn iclas keçirərək gələn ilin hasilat hədəflərini müzakirə edəcək.

Qərar İran müharibəsi və alyans daxilindəki fikir ayrılıqları fonunda veriləcək. Birləşmiş Ərəb Əmirlikləri hasilat məhdudiyyətlərindən narazılıq səbəbindən alyansı tərk edib, İraq isə hasilatı artırmaq istəyir.

“Brent” markalı neftin qiyməti son iki ticarət sessiyasında təxminən 6% bahalaşaraq bir barel üçün 95 dollar ətrafında qərarlaşıb. Bu arada İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının neft ixrac mərkəzi Ras-Tanuraya və Qırmızı dəniz limanlarına hücumları davam edir. İran həmçinin Hörmüz boğazında bir neçə gəminin minaya düşdüyünü iddia edib. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar