Ru
14:19 / 14 Sentyabr 2021

Azərbaycanda narkotacirlərin sayı 2 dəfə artıb – Qorxulu STATİSTKA

Azərbaycanda narkotacirlərin sayı 2 dəfə artıb – Qorxulu STATİSTKA
Eye

Azərbaycanda son 10 ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunanların sayı iki dəfəyə yaxın artıb.

Bakupost.az -ın araşdırmasına əsasən, Azərbaycanda 2000-ci ildə belə cinayətə görə məhkum olunanların sayı 1 658 nəfər olduğu halda, 2020-ci ildə bu rəqəm 3 117-ə yüksəlib.

Məhkum olunanlar arasında müəyyən müddətə azadlıqdan məhrum olunanların da sayı artıb. 2010-cu ildə 1 352, 2020-ci ildə isə 2 053 nəfər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə azadlıqdan məhrum olunub. Müəyyən müddətə azadlıqdan məhrum edilənlər arasında iki il həbs cəzası verilənlərin sayı çoxluq təşkil edilir. Ötən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul 1 161 nəfər iki ilədək azadlıqdan məhrum edilib. Ötən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunanlar arasında 14-17 yaşlı 7 uşaq da olub. Lakin bu göstərici 2000-ci ildə 3 olub.

Azər
Baku Post

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Narkotacirlərin sayı iki dəfə artıb bəs görəsən müvafiq qurumların sayı nəqədər artıb Mütənasiblik varmı

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar