Azərbaycanla sülh bütün tərəflərə, o cümlədən Cənubi Qafqaz və Aİ-yə üstünlüklər gətirir.
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı deyib.
"Almaniya Ermənistanın Aİ-dəki əsas tərəfdaşlarından biridir və biz qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıyıq", - o qeyd edib.
Paşinyan həmçinin bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılacağına ümid edir: "Bu da Aİ, o cümlədən Almaniya ilə əlaqələrin yaradılmasına imkan verəcək”.