Ru
14:12 / 11 Oktyabr 2026

Azərbaycanlı deputatlar Türkiyə parlamentariləri ilə görüşdülər

Azərbaycanlı deputatlar Türkiyə parlamentariləri ilə görüşdülər
Eye

Türkmənistanda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan və Türkiyə parlamentlərinin nümayəndələri arasında görüş baş tutub.

Bakupost.az xəbər verir ki, görüşdə Azərbaycan Milli Məclisi sədrinin müavini Musa Qasımlı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Türkmənistan–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı iştirak ediblər.

Türkiyə tərəfini isə Böyük Millət Məclisinin deputatları Filiz Kılıç, Rukiye Toy, Seda Sarıbaş və Şengül Karslı təmsil ediblər.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətləri, strateji tərəfdaşlığın inkişafı və bu istiqamətdə görülən işlər müzakirə olunub.

Tərəflər parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi və gələcək birgə təşəbbüslərlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan–Türkiyə əməkdaşlığının bütövlükdə Türk dünyasının həmrəyliyi və ortaq maraqları baxımından əhəmiyyəti də vurğulanıb.

Azərbaycanlı deputatlar Türkiyə parlamentariləri ilə görüşdülər
Azərbaycanlı deputatlar Türkiyə parlamentariləri ilə görüşdülər
Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar