Ru
15:52 / 11 Oktyabr 2025

Bakıda 3 fazada VULKAN: Təbiət hadisəsi davam edəcək?

Bakıda 3 fazada VULKAN: Təbiət hadisəsi davam edəcək?
Eye

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında baş vermiş püskürmənin aktivliyi hazırda dayanıb.


Bu barədə Bakupost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.


Qeyd edək ki, vulkan püskürməsi 11 oktyabr tarixində saat 08:27-də baş verib. Hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.


Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.


Xatırladaq ki, aktiv palçıq vulkanlarından hesab edilən Otman Bozdağ Palçıq Vulkanında son püskürmə 2018-ci il 23 sentyabr tarixində qeydə alınıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar