Ru
12:17 / 03 Noyabr 2025

Bakıda avtobus sürücüsü döyüldü - Polis hərəkətə keçdi

Bakıda avtobus sürücüsü döyüldü - Polis hərəkətə keçdi
Eye

Bakıda sərnişin avtobus sürücüsünü döyüb. Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də saat 08:50 radələrində baş verib.

"BakuBus" MMC-nin istismarında olan 20 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusların birində dayanacaqda sürücü və sərnişin arasında anlaşılmazlıq baş verib. Sərnişin qeyri-adekvat davranış nümayiş etdirib və sürücüyə qarşı fiziki təzyiq göstərib.

Hadisə barədə dərhal ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verilib.

Faktla bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a bildirib ki, paytaxtın Xətai rayonunda 20 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü ilə sərnişin arasında yaranmış insidentlə bağlı polisə məlumat daxil olub. Həmin şəxslər ərazi polis orqanına dəvət olunaraq izahatları alınıb. Araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar