Ru
16:57 / 28 Sentyabr 2026

Bakıda sərnişinə söyüş söyən avtobus sürücüsü işdən çıxarıldı - Rəsmi

Bakıda sərnişinə söyüş söyən avtobus sürücüsü  işdən çıxarıldı - Rəsmi
Eye

Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb.

Bununla bağlı “Bakupost”un sorğusuna cavab olaraq “Çinar Trans” MMC-dən məlumat verilib.

Bildirilib ki, görüntülərdən sonra sürücünün kimliyi müəyyənləşdirilib və onunla əmək müqaviləsinə bu gündən xitam verilib. Şirkətdən qeyd olunub ki, hadisə ilə bağlı digər sürücülərə əlavə təlimat verilib:

“Biz həmin görüntüləri görəndən sonra bütün sürücüləri təlimatlandırmışıq, lazımi tapşırıqlar vermişik ki, sürücü ilə sərnişin arasında heç bir mübahisə, kobud rəftar olmasın. Həmin sürücü ilə bağlı da iclas keçirdik. Onu bu gün işdən azad etdik".

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar