Ru
17:25 / 03 İyul 2026

Bakıda tapılmayan meyvəni kəndlərdə mal-qara yeyir: Niyə bu qədər itiririk?

Bakıda tapılmayan meyvəni kəndlərdə mal-qara yeyir: Niyə bu qədər itiririk?
Eye

Azərbaycanda əksər insanlar özlərinin bağ və torpaq sahələrində yetişdirdiyi meyvələri nə bazara çıxara bilir, nə də kiçik sexlərdə məhsuldan mürəbbə, kampot və s. hazırlayıb sata bilmirlər.

Hansı ki, belə sexlərin yaradılması həm bazarda rəqabəti artırar, həm də məşğulluq probleminin həllinə kömək edərdi.
Amma bunun əvəzində kəndlinin məhsulunun ümumən məhv olub getdiyinin şahidi oluruq.

Niyə belə vəziyyət yaranıb və problemdən çıxış yolu nədir?

Kənd təsərrüfata üzrə mütəxəssis Vahid Məhərrəmov "Bakpost"a bildirib ki, mövcud vəziyyətin yaranmasının səbəbi Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməməsidir:

“Belə vəziyyətin yaranmasının bir səbəbi də yerli fermerlərin məhsul istehsalı zamanı aqrotexniki qaydalara tam əməl edə bilməmələrilə əlaqədardır. Digər tərəfdən, intensiv yağan yağışlar, dolu daha çox məhsulun xarab olmasına gətirib çıxarır. Kəndli istehsal etdiyi məhsulun müştəri tapmadıqda bir hissəsini emala yönəltməlidir”.
Problemin həlli üçün ekspert hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi təşəbbüsü öz üzərinə götürməlidir:

“Kənd Təsərrüfatı Nazirliyi hansı rayon və kəndlərdə məhsulun daha çox itkiyə getdiyini müəyyən edib, kəndli və fermerlərə güzəştli kredit resursları təklif etməlidir. Həmin kəndlilər də birləşərək aldıqları bu kreditlər hesabına koperativ yaradıb, məhsulu emala verib, ondan mürəbbə, kampot və s. istehsal edə bilərlər. Bu istgiqamətdə kəndliləri bir araya gətirmək lazımdır ki, onun da təşkilatçısı, təşəbbüskarı yuxarıda adını qeyd etdiyim nazirlik olmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar