Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə
Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb.
Bu da aylıq normanın 564 %-ni təşkil edir.