Bakı sakini xeyli müddətdir evinin qarşısına zibil qoyan naməlum şəxsdən şikayətçidir.
Bakupost.az -a müraciət edən Ruslan Hüseynov bildirib ki, Oktay Şabanov küçəsində yerləşən evinin önünə hər gün naməlum şəxs tərəfindən zibil qoyulur:
“Günün günorta çağı qapını açanda görürsən ki, zibil qoyulub. Kameraya baxırsan, görürsən, eyni adamdır, yenə gəlib zibillərini qoyaraq gedib. Bu şəxsi tapa bilmirik. Qonşu deyil, amma yəqin ki, yaxınlıqda yaşayır. Çünki illərdir bu vəziyyət davam edir. Biz bilmirik necə tədbir görək, kimə müraciət edək? Əgər xəstədirsə, müalicə almalıdır, sağlamdırsa, qanunla cərimələnməlidir. Bəlkə də cərimə olunsa, bu hərəkətlərinə son qoyar”, - deyə o bildirib.
Şikayətçi hüquq-mühafizə orqanlarından həmin şəxslə bağlı tədbir görülməsini xahiş edib.
Lalə Novruz, BakuPost