Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.
"Bakupost" Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hunday", KİA və "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.
İlkin məlumata görə, hadisə zamanı "Hunday" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Məryəm Kamil qızı Hoorsova, "Toyota" markalı avtomobilin sərnişini Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb. Digər ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.