Ru
14:47 / 18 Fevral 2020

Azərbaycanda bank rəhbərinin 15 yaşlı oğlu vəfat etdi - TƏFƏRRÜAT - FOTO - YENİLƏNİB

9394
“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib.

Yeniyetmə anasının vurduğu iynədən sonra dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib:

“Məmməd Araz 2 ünvanında anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib və təcili tibbi yardım briqadası hadisə yerinə çağırılıb. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb”.

***
12:34

“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyevin 17 yaşlı oğlu qəfil dünyasını dəyişib.

BakuPost-un Demokrat.az-a istinadən məlumatına görə, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, ancaq gənci xilas etmək mümkün olmayıb.


Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında - Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.


Şərhlər
  • Aziz Salmaniv

    Allah rehmet elesin

  • Zumrud Zeinalova

    Papa deyende bu xebere cox pis olduq.Allah rehmet etsin????Mekani cennet olsun. Allah valideynlerine sebr versin.????????????

  • Arzu xanım

    cannn Allah rəhmət eləsin məkanı cənnət olsun inşallah .

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər