Ru
00:07 / 04 Dekabr 2019

Baş nazir poçtalyonlara görə istefa verdi

Baş nazir poçtalyonlara görə istefa verdi
Eye

Finlandiyanın baş naziri Antti Rinne poçtalyonların tətili ilə bağlı qalmaqal səbəbindən istefa verməyə hazırdır.

BakuPost xəbər verir ki, bu məlumatı Finlandiyanın dövlət teleradio şirkəti YLE yayıb.

İstefa barədə məlumatın bu gün yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 16:00) açıqlanacağı bildirilir.

“Rinne saat 2 üçün planlaşdırılmış parlament müzakirələrindən öncə istefa etməyə hazırdır. Baş nazir vəzifəsinə yeni namizəd ehtimal ki, dekabrın 12-də partiya şurasının iclasında seçiləcək (hakim Sosial-Demokrat Partiyası – red.)”, - deyə məlumatda bildirilir.

Finlandiyada 27 noyabrda başa çatmış poçtalyonların tətili nəticəsində hakimiyyət böhranı yaşanıb. Hakim Sosial-Demokrat Partiyasının rəqibləri partiyanı poçtalyonların tətilinin qarşısının alınmasına cəhd göstərməməkdə ittiham ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar