Ru
21:36 / 25 Aprel 2019

Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd edib

2034
2019-cu il aprelin 25-də Belçika Federal
Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş
soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun
qəbul edilib.

 

BakuPost.az ONA-ya istinadən xəbər verir ki, iclasda qondarma
"erməni soyqırımı”nın həmin  siyahıya
daxil edilməsi səyləri uğursuzluqla nəticələnib.
 
Belə ki, fransızdilli DEFİ (Demokrat,
Federalist və Müstəqillər) və CDH (Xristian-Demokrat Mərkəzi) partiyaları
tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi ötən gün Belçika Federal
Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib.

 

 
Məsələyə münasibət bildirən Belçika
ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa
Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə, yeni qanun layihəsinə
yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş
soyqırımların daxil edildiyini, erməni soyqırımı ilə bağlı isə belə bir qərarın
olmadığını vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər