Ru
17:33 / 24 Noyabr 2026

Berlindən 18 illik peşmanlıq etirafı: "Ukraynaya qarşı böyük səhv etdik!"

Berlindən 18 illik peşmanlıq etirafı: "Ukraynaya qarşı böyük səhv etdik!"
Eye

Ukrayna 2008-ci ildə, ABŞ-ın təşəbbüsü ilə Buxarest sammitində bu məsələ müzakirə olunanda NATO-ya qəbul edilməli idi.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts dünən Berlində NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın hərbi bloka qoşulmasının rədd edilməsinin nə qədər "səhv" olduğu indi aydındır:
"Əgər o, NATO üzvü olsaydı, bu müharibənin qarşısını almaq mümkün olardı".

Görəsən, Merts bu fikrində nə qədər haqlıdır?

Siyasi şərhçi Üzeyir Şəfiyev “Bakupost”a bildirib ki, Almaniya kanslerinin bu mövqeyi bir qədər gecikmiş mövqedir:

“Hətta bu məsələdə 2008-ci il də çox gec idi. Bundan daha əvvəl, Ukrayna ilə bağlı 1994-cü il memorandumunu imzalayan ölkələr belə öhdəliklərinə xilaf çıxdılar”.

Bu baxımdan, müsahibimiz hesab edir ki, 2008-ci ildə Kiyev NATO-ya üzv olsaydı, daha dərin eskalasiya baş verəcəkdi:

“Məsələ 2008-ci ildə baş tutsaydı, Rusiya ilə NATO arasında birbaşa qarşıdurma ehtimalı ola bilərdi. Rusiyanın Ukraynaya indiki hücumu xüsusi hərbi əməliyyat adı altında aneksiya siyasəti fonunda aparılır. Putinə də bəhanə verən, NATO-nun şəqrə doğru genişlənməsi siyasətidir. Ona görə də o, NATO-nun 1997-ci il vəziyyətinə qayıtmasını tələb edir. Hansı ki, həmin ildən üzü bəri 16 ölkə Alyansa daxil olub”.

Ekspert düşünür ki, məsələ böyük sülh danışıqları çərçivəsində tənzimlənsə daha yaxşı olar:

“NATO şərqə doğru genişlənməyəcəyilə bağlı öhdəlik götürməlidir. Bu əsasda Rusiya da öhdəlik götürməlidir ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qəbul edir”.

Müsahibimizin sözlərinə görə, Moskva qədim Kiyev dövləti amilinə istinad edərək, Ukraynaya öz ərazisi kimi baxır:

“Ukrayna Rusiya üçün həyat əhəmiyyətli bir ölkədir. Bu baxımdan Mertsin yanaşması mübahisə edilə bilən bir yanaşmadır. NATO Rusiya ilə qarşılaşmağa ehtiyatla yanaşır. Bəzən Rusiya təyyarələri NATO ərazisinə daxil olur, amma Alyansın nə 4-cü, nə də 5-ci maddəsi işə düşmür. Görünür, Putin də bunun fərqindədir ki, NATO ölkələri iradəsiz və qətiyyətsizdir. Ukrayna NATO-ya daxil ola bilməz. Bu yaxın perspektivdə görünmür”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar