Ru
09:19 / 20 Sentyabr 2020

Biləsuvarda ağır yol qəzası - Ölənlər var

Biləsuvarda ağır yol qəzası -  Ölənlər var
Eye

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"BakuPost" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər. Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu yol təmir edilib istifadəyə verildikdən sonra ölümlə nəticələnən ikinci yol qəzasıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar