“Məsələn, 63 kvadratmetrlik mənzildə yaşayıram və 31 manat kommendant haqqı ödəyirəm. Xüsusilə ipoteka ilə mənzil almış gənc ailə üçün bu məbləğ kifayət qədər yüksəkdir”.
Bakupost.az xəbər verir ki, bu sözləri Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslı aparıcı Səidə Bəkirqızına müsahibəsində bildirib.
“Yaşayış şəhərcikləri üzrə müşahidə aparmışam. Təxminən 2 minə yaxın mənzilin olduğu bir ərazidə ən yaxşı halda 10 nəfərə yaxın - kommendant, mühafizəçi və təmizlik işçiləri fəaliyyət göstərir. Hesablama aparanda görürük ki, 2000 mənzildən hər biri üzrə 30 manat olmaqla aylıq minlərlə manat vəsait toplanır. Bu məbləğin maksimum 10-15 mini işçilərin əməkhaqqına sərf olunur, qalan pullar isə binaları tikən şirkətlərə və ya bu sahəyə nəzarət edən şəxslərə çatır. Bəzi yaşayış komplekslərində təkcə kommendant haqlarından aylıq 300-400 min manat vəsaitin dövriyyəsindən söhbət gedir”, - deyə o qeyd edib.
Lalə