Ru
12:33 / 10 Avqust 2025

Birgə Bəyannamə ilə İrəvan nələr əldə etdi? - Erməni politoloq Əlibəyova

Birgə Bəyannamə ilə İrəvan nələr əldə etdi? - Erməni politoloq Əlibəyova
Eye

Azərbaycan istədiyini aldı, Ermənistanın əlinə isə daha bir kağız parçası verdilər.

Bakupost.az xəbər verir ki, bu sözləri erməni politoloq Anjela Əlibəyova 8 avqustda Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən Ağ Evdə imzalanan Birgə Bəyannamə haqda qeyd edib.

“Azərbaycan Ermənistan ərazisindən maneəsiz tranzit alıb, Ermənistan isə əvəzində Azərbaycan ərazisindən heç nə almadı.

Azərbaycan ABŞ-ın hərbi yardımla bağlı məhdudiyyətlərinin götürülməsinə nail oldu; Ermənistan əsirlərin (Qarabağ separatçıları) qaytarılması ilə bağlı heç bir zəmanət almadı.

Azərbaycan Minsk Qrupunun buraxılmasına nail oldu; Ermənistanın məcburi köçkün olan Qarabağ ermənilərinin öz evlərinə qayıtması üçün heç bir zəmanət əldə etmədi”, - o yazıb.

Asena,
BakuPost

Şərhlər
  • B.Kolxozdar

    Milis deportu, 36 illik Hərbi genosid cinayətlərinə ramən Ermənistan 36-100 illik cəza və bərpa təzminatı və 1924-1974cü illərdə Kremlin heç bir əsassız Azərbaycandan ayrılıb,ona verdiyi 15 kəndini də Zəngəzur dəhlizi ilə ABŞ 99 illik təhlükəsizlik zəmanəti ilə qazandı!

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar