Ru
09:18 / 01 Dekabr 2025

“Bitcoin”də sərt eniş

“Bitcoin”də sərt eniş
Eye

Kriptovalyuta bazarı Bazar ertəsi günü kəskin ucuzlaşıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Bitcoin” Asiya bazarlarında səhər tezdən 5,1%-ə qədər geriləyərək 87 min dolların altına düşüb. “Ether” 6%-dən çox ucuzlayaraq 2.900 dollar səviyyəsinin aşağısına enib. “Solana”da da eniş 7%-i ötüb və bazarın böyük hissəsində oxşar mənzərə müşahidə olunub.

Kriptobazar oktyabrın əvvəlində “Bitcoin”in tarixinin ən yüksək göstəricisi olan 126.251 dollara çatmasından cəmi bir neçə gün sonra təxminən 19 milyard dollarlıq itki yaşadı. Həmin gündən başlayan və həftələrlə davam edən satış fonunda onsuz da həssas vəziyyətdə idi.

“Bitcoin” ötən ay 16,7% dəyər itirsə də, satış təzyiqinin zəifləməsi ilə ötən həftə toparlanaraq yenidən 90 min dolların üzərinə qayıtmışdı.

Lakin bu gün müşahidə edilən yeni satış dalğasından sonra investorlar daha dərin enişlərə hazırlaşırlar.

Ekspertlər düşünür ki, “Sərt ucuzlaşma ilə başlayan dekabrda kritik səviyyə 80 min dollar müəyyən olunub”.

Cavid, BakuPost

Şərhlər
  • B.Kolxozdar

    *Bitcoin*, *sKriptovalyuta*, dövlət pulları, digər nişanları, ya modern-elektron bankomat kartları arasına buraxilıb rəsmən onları sıxışdırır, eləcə də illərcə konservasiyada saxlanan valyuta ehtiyatlarını dəyərdən salır. Labüd yeni zəruri tələbatlı və ciddi-rəqabət ehtiyacı duyulmayan məhsullar istehsalı zəmnində belə siyasi-iqtisadi dünya aləminə qaçılmaz çevik-sürətli texnoloji tərəqqi yox, qədim dünya kimi qızıl ehtiyatına və hərbi-zora güvənən *inflyasiya bazarı* mənzərəsi verib?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar