Ru
17:37 / 05 Dekabr 2023

Bloger izləyici toplamaq üçün təyyarəni qəzaya uğratdı - VİDEO

Bloger izləyici toplamaq üçün təyyarəni qəzaya uğratdı - VİDEO
Eye

ABŞ-da video çəkmək üçün təyyarəni qəzaya uğradan yutuber həbs edilib.

Bakupost.az xəbər verir ki, BBC hadisənin təfərrütlarını paylaşıb.

Qeyd olunur ki, 30 yaşlı Trevor Ceykobun YouTube-dakı bloqunda 2021-ci ilin dekabrında təyyarə qəzasının videosunu dərc edib. O, əlindəki selfi çubuğu ilə təyyarədən atılıb və paraşüt sayəsində uğurla yerə enib.

Təyyarənin görüntüləri milyonlarla baxış toplayıb. Lakin populyarlıq naminə etdiyi hərəkət bloqqer üçün problemə çevrilib. O, təyyarəni məhv etməkdə və istintaqa mane olmaqda ittiham olunur.

Prokurorluğun məlumatına görə, həmin şəxs təyyarəni izləyici toplamaq və və pul qazanmaq məqsədilə qəzaya uğradıb. Ceykob özü də sonradan etiraf edib ki, videonu sponsorluq müqaviləsinin bir hissəsi kimi çəkib.

Müstəntiqlərin fikrincə, 2021-ci ilin noyabrında yutuber Kaliforniyanın Santa Barbara hava limanından havaya qalxıb. O, təyyarədə tək olub və təyyarəyə kameralar quraşdırıb. Ceykob özü ilə paraşüt və selfi çubuğunu götürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əmindirlər ki, həmin şəxs əvvəldən təyyarəni endirmək niyyətində olmayıb. Müstəntiqlər hesab edirlər ki, o, qalxıb paraşütlə tullanışını lentə almağı və sonra qəzanın görüntülərini çəkməyi planlaşdırıb.

Təyyarə havaya qalxdıqdan cəmi 35 dəqiqə sonra meşəyə düşüb. Bloger bu yerə gəlib və əlavə olaraq qəzaya uğrayan təyyarənin necə göründüyünü lentə alıb.

Bəzi izləyicilər də lentə alınan təyyarə qəzasına şübhə ilə yanaşıblar. Onlar Ceykobun dərhal paraşütü açdığını və təyyarəni təhlükəsiz yerə endirməyə cəhd etmədiyini bildiriblər.

Üstəlik, o, hadisə barədə Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına məlumat verib. Orada ona bildiriblər ki, dağıntıların təhlükəsizliyinə özü cavabdehdir. Blogern qəzaya uğrayan təyyarəni lentə almasına baxmayaraq, onun yerini bilmədiyini iddia edib.

Daha sonra həmin şəxs vertolyotla meşəyə qayıdıb və dağıntıları oradan çıxararaq, məhv edib.

İndi Ceykob təyyarəni qəsdən qəzaya uğratdığına və müstəntiqlərə yalan danışdığına görə 6 ay dəmir barmaqlıqlar arxasında qalacaq.



Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar