Ru
17:46 / 27 Noyabr 2020

BNA: Həftəsonu marşrutlar işləməyəcək

1962
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 28 noyabr saat 00:00-dan 30 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər