Ru
12:16 / 02 Dekabr 2021

"Bu anlaşma ixrac imkanlarının artırılması üçün vacibdir” - Deputat

"Bu anlaşma ixrac imkanlarının artırılması üçün vacibdir” - Deputat
Eye

“Aşqabad Zirvə Görüşündə mühim anlaşmalardan biri də Türkmənistan, İran və Azərbaycan arasındakı mavi qaz anlaşmasının imzalanması oldu. Söhbət 1.5-2.0 milyard kub metr həcmində qazın Türkmənistandan İran və daha sonra Azərbaycana nəqlindən gedir.​ Bununla da ilk dəfə idi ki, Xəzəryanı ölkələr üçtərəfli formatda swap enerji anlaşması imzaladılar. Xüsusən də, sözügedən 3 ölkə arasında müəyyən zamanlarda mübahisəli yataqlar probleminin olduğunu və cənub qonşumuz ilə ehtiyatlar ilə bağlı bəzi məsələlərin hələ də tam dəqiqləşdirmədiyini nəzərə aldıqda bu sənəd xüsusi əhəmiyyətə malik hesab olunur”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu anlaşma Türkmənistan üçün enerji məhsullarının ixracının diversifikasiyası üçün baza formalaşdıra bilər.


Türkmənistanın ixracatda az mənbədən asılı olduğunu nəzərə alsaq bu şərqi Xəzəryanı ölkə üçün vacib prioritetlərdəndir. Sazişlə İran şimal istiqamətində yeni enerji əməkdaşlığına başlayacaq. Hələ də sanksiyaların aktiv olduğu cənub qonşumuz üçün bu vacibdir:

“Azərbaycan üçün bu anlaşma daxili tələbin ödənilməsi mənbələrin genişləndirilməsi və ixrac imkanlarının artırılması baxımdan vacib hesab olunur. Doğrudur, ümumi həcm azdır, amma gələcəkdə Şərqi Xəzərin mavi qazının Cənub Qaz Dəhlizi ilə nəqli heç də istisna deyil.

Nəhayət, ən əsası bu anlaşma bölgədə formalaşan yeni reallığa uyğun olaraq sülhün dayanıqlığının təmin edilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımdan da əhəmiyyətli sayılır”.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar