Ru
21:12 / 09 Sentyabr 2025

Bu, gərginliyi daha da artıracaq - Mahmud Abbas

Bu, gərginliyi daha da artıracaq - Mahmud Abbas
Eye

İsrailin Dohaya endirdiyi zərbələr Yaxın Şərqdəki gərginliyi daha da artıracaq.

Bakupost.az xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.

"Regionda gərginliyin səviyyəsi dərhal azalmasa, baş verənlər bütün dünya üçün mənfi nəticələrə gətirib çıxaracaq", - o, bildirib.

Fələstin Prezidenti İsrailin hərəkətlərini beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib və qeyd edib ki, onun fikrincə, Fələstin məsələsi yalnız hərtərəfli və ədalətli sülh sazişi ilə həll oluna bilər.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İlkin məlumata görə, hücum nəticəsində HƏMAS-ın 6 vəzifəli şəxsi öldürülüb. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar