Ru
15:27 / 07 Oktyabr 2026

Bu klubda maaşlar verilmir - AFFA yoxlamalar aparır

Bu klubda maaşlar verilmir - AFFA yoxlamalar aparır
Eye

“İmişli” klubunun akademiyasında çalışanlar aylardı maaş ala bilmirlər.

"Bakupost" Sportal.az-a istinadla xəbər verir ki, buna səbəb AFFA-nın ödəmələri etməməsidir.

Bu mövsümdən federasiya tərəfindən klub akademiyalarına ayrılan maliyyənin xərclənmə meyarları müəyyənləşib. Maaşlar, ekipirovka və s. xərclər AFFA-nın tərtib etdiyi bölgü üzrə aparılmalıdır. Artıq klublar əvvəlkitək pulu istədikləri şəkildə xərcləyə bilməyəcəklər.

“İmişli2 ilə bağlı məsələ bir qədər fərqlidir. AFFA-nın İnkişaf Departamenti ötən mövsümün xərclərini incələyərkən uyğunsuzluqlar aşkarlayıb. Belə ki, klubun uşaq futboluna xərclədiyini göstərdiyi 450 min manatlıq hesabat federasiyaya şişirdilmiş rəqəm kimi gəlib.

AFFA-dan kluba bildirilib ki, ötən mövsümün hesabatlarının şəffaflığı tam araşdırılandan sonra bu mövsümün ödəmələrini etmək mümkün olacaq.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar