Ru
16:21 / 22 Avqust 2025

Bu ölkədə satanistlər cəzalandırılır

Bu ölkədə satanistlər cəzalandırılır
Eye

Rusiyanın Kurgan şəhərində məhkəmə ilk dəfə olaraq internetdə şeytanın təsvirini paylaşan çəxsi cərimələyib. Bu, regionda ilk belə qərardır və, ehtimal ki, Rusiyada da nadir hallardandır.

Bakupost.az xəbər verir ki, bu barədə RIA Novosti məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Kurgan sakini “VKontakte” sosial şəbəkəsində geniş auditoriyanın görməsi üçün “beynəlxalq şeytançılıq hərəkatına aid olan” simvolu paylaşıb.

Qeyd edək ki, iyulun 23-də Rusiya Ali Məhkəməsi “Beynəlxalq şeytançılar hərəkatı”nı ekstremist təşkilat elan edib və onun fəaliyyətini ölkə ərazisində qadağan edib.

Məhkəmə qərarı ilə həmin şəxs qadağan olunmuş simvolların təbliği və ya açıq şəkildə nümayişində təqsirli bilinib və ona 1000 rubl məbləğində cərimə kəsilib.

Məlumata görə, Kurgan vilayətində bu cür iş ilk dəfə baxılıb. Eyni zamanda, Rusiyada da bu qərarın ilk ola biləcəyi bildirilir, çünki hərəkatın ekstremist elan olunmasından sonra bu mövzuda məhkəmə qərarları barədə açıq mənbələrdə məlumat tapılmayıb.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar