Ru
12:29 / 29 İyul 2025

"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü - VİDEO

"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" -  Solovyov yenə nifrət püskürdü - VİDEO
Eye

Rusiyalı telejurnalist Vladimir Solovyov Şuşaya səfər edən TASS-ın keçmiş baş direktor müavini Mixail Qusmanın və politoloq Sergey Markovu “xəyanətkarlar” və “agentlər” adlandırıb.

Bakupost.az xəbər verir ki, “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin canlı yayımında o, Qusmanın və Markovun Şuşaya səfəri haqda danışıb.

“İki nəfər alçaqlığa yol verdi. Jurnalist soydaşlarımızın Azərbaycan həbsxanalarında olduğu bir vaxtda Azərbaycan tərəfinin dəvəti ilə Rusiyanın iki vətəndaşı - onlardan biri bu yaxınlaradək yüksək vəzifə tutub - Şuşaya gedib. Onlar həmkarlarımızın taleyi ilə bağlı sual verməyi özlərinə sığışdırmadılar. Amma tərif yağdırmağı özlərinə rəva bildilər. Bu, təkcə peşəkarlıq deyil, həm də insan alçaqlığının təzahürüdür. Xoşbəxtlikdən onlardan biri təqaüdə çıxdı. İkincisi - Markov, ümid edirəm, bir daha heç vaxt Rusiyanın heç bir media orqanına dəvət olunmayacaq. Orada olub həmkarlarımızın, həmvətənlərimizin taleyi barədə soruşmamaq sadəcə, alçaqlıq deyil, artıq xəyanətdir”.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar