Ru
13:57 / 20 Mart 2026

"Bu, Yaxın Şərqdəki böhranı daha da gərginləşdirəcək" - Əraqçı XƏBƏRDARLIQ ETDİ

"Bu, Yaxın Şərqdəki böhranı daha da gərginləşdirəcək" -  Əraqçı XƏBƏRDARLIQ ETDİ
Eye

"İrana hücumda ABŞ və İsrailə hər hansı bir yardım göstərmək Yaxın Şərqdəki böhranı daha da gərginləşdirəcək".

Bakupost.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı bunu britaniyalı həmkarı İvet Kuperlə telefon danışığı zamanı bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar