Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkətin təşkilində dəyişiklik edilir.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yeni dəyişiklik nəticəsində sürücülər 4 km-ə yaxın məsafəni qısalda biləcəklər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aparılan təhlillər nəticəsində sözügedən ərazidə hərəkətin təşkilinin dəyişikliyi üçün zərurət yarandığı müəyyən edilib.
Məlumata görə, ərazidə piyada zolaqları və avtobus dayanacaqları da yenilənəcək.
Qeyd olunub ki, layihənin icrasına yaxın zamanda başlanılacaq.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.