Ru
17:27 / 23 May 2023

Buraxılış imtahanı ilə bağlı daha bir qalmaqal - Müəllim DİM-ə etiraz etdi - FOTO

30214
Laçın rayonu, 46 saylı orta məktəbin müəllimi Səbinə Əsədova bu il martın 12-də keçirilən buraxılış imtahanı ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) narazılıq edib .


Bakupost.az xəbər verir ki, bu barədə müəllim öz sosial media hesabında paylaşım edib.


Onun sözlərinə görə, apellyasiya ilə bağlı DİM-ə müraciət edilsə də, hələ ki xəbər gəlməyib:

"12 mart buraxılış imtahanından apellyasiyaya müraciət etmişik. Hələ bir xəbər gəlməyib. Amma öncədən mütəxəssislərin nəzərinə çatdırıb müzakirə etmək istədim ki, sonra mən narazılıq edəsi olsam, hamı məsələdən xəbərdar olsun. Əvvəla, marker həmkarlarım məndən inciməsin, bu nəticəni görəndə ağlıma ilk gələn o oldu ki, nəticəni ingilis dilindən xəbəri olmayan kimsə meyardakı sözlərin üst-üstə tutuşduğuna əsasən yoxlayıb".

S.Əsədova imtahan verən şagirdin işini təqdim edərək, ingilis dili fənni üzrə keçirilən yoxlamaların düzgün aparılmadığını qeyd edib:

"Tələb odur ki,
1) cümlə quruluşu məlum növdən məchul növə keçsin. Bəli keçirilib ( zaman və mübtəda xəbər uzlaşması doğrudur)
2) həmin dəyişmiş strukturda ən az iki söz yaxın mənası ilə əvəz edilsin . Edilib influence = attract ( Merriam Webster dictionary - orijinal mənbə) neqatively = in a bad way. Hətta yəqin həmkarlar mənimlə razılaşar ki, zərfin ismi birləşmə ilə " in + a+ adjective + manner/way " əvəzlənməsi sadə struktur deyil. Bunu çevirə bilən şagirdin ingilis dili kompetensiyası olduğu aşkardır. Bu da ikinci yaxın mənaya dəyişmə. Ödədimi meyarı?"


Şikayətçi bildirib ki, tələb olunan bütün meyarlar ödənilsə də, cavab səhv kimi qeydə alınıb:


“Həyəcandan “attract” (cəlb etmək) sözünün yazılışında “attack” (hücum) ilə qarışıqlıq yaradılıb. Hərf səhvi isə yeni məna yaratmadığı müddətcə səhv qəbul olunmur. Yenə də qəbul olunmursa, o zaman sual edirəm: Niyə dinləmənin 5-ci sualında "sehlter" əvəzinə "sherter" yazan meyara tam bal vermisiniz? Bütün bu yazdıqlarıma əsasən, siz deyin, şagirdə sıfır bal verən doğrudanmı, ingilis dili müəllimi olub?”



Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər