Ru
22:04 / 18 Mart 2026

Buşehrdə gərginlik: Mərmi zərbəsi AES-in yaxınlığına düşdü

Buşehrdə gərginlik: Mərmi zərbəsi AES-in yaxınlığına düşdü
Eye

Buşehr AES-in reaktorundan 350 metr məsafədə yerləşən konstruksiya mərmi zərbəsi nəticəsində dağılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, reaktora ziyan dəyməyib və personal xəsarət almayıb.

Agentliyin baş direktoru Rafael Qrossi qeyd edib ki, atom elektrik stansiyalarına və ya onların yaxınlığına hücumlar nüvə təhlükəsizliyinin əsas prinsiplərini pozur və belə hallar heç vaxt baş verməməlidir.

Qeyd edək ki, İran daha əvvəl Buşehr AES ərazisinə mərmi düşdüyünü açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar